Minə yaxın erməni maşını Rusiya-Gürcüstan sərhədindən buraxılmır

Minə yaxın erməni maşını Rusiya-Gürcüstan sərhədindən buraxılmır
  25 Fevral 2025    Oxunub:329
Yuxarı Lars keçid məntəqəsində Ermənistana məxsus 800-dən çox yük maşını Rusiya-Gürcüstan sərhədindən buraxılmır. Onlar qeyri-müəyyən vaxtadək öz növbələrini gözləyirlər.
Bu barədə Ermənistan mediası məlumat yayıb. Qeyd edilib ki, Şimali Osetiya Nəqliyyatı İdarəetmə Mərkəzinin məlumatlarında da minə yaxın erməni sürücünün tıxacda gözləməsi əks olunub.

Ermənistanın mindən çox yük maşını Larsdan keçə bilmir
"Ümumilikdə son məlumatlara əsaslansaq, növbədə dayanan müxtəlif ölkələrdən olan 3094 yük maşını qeydiyyata alındığını görərik. Onlardan 816-sı Ermənistandana aiddir", - "Sputnik Armeniya" yazıb.

Statistikaya görə, hər gün Yuxarı Larsdan təxminən 150 erməni yük maşını keçir.

Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində Larsdan keçən marşrut kəskin şəkildə pisləşən hava şəraiti ilə əlaqədar fevralın 17-dən yük maşınları üçün bağlanıb. Eyni səbəbdən Şimali Osetiyada fövqəladə vəziyyət elan edilib.

Xatırladaq ki, Gürcüstan Hərbi Magistralı Ermənistanı Rusiya ilə birləşdirən yeganə fəaliyyət göstərən quru yoludur.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Lars   Yük-Maşını   Ermənistan   Gürcüstan  





Xəbər lenti