Rusiya konsulluğu yaxınlığında partlayış olub - VİDEO

   Rusiya konsulluğu yaxınlığında partlayış olub  - VİDEO
  24 Fevral 2025    Oxunub:365
Rusiya konsulluğu yaxınlığında güclü partlayış törədilib
AzVision.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Diplomatlarımıza qarşı terror aktları törədilə bilər - Rusiya kəşfiyyatı
Qeyd edilib ki, hadisə bu gün səhər saatlarında baş verib və partlayış xəbərini mediaya baş konsul Stanislav Oranski ötürüb. Onun sözlərinə görə, hadisə yerinə yanğınsöndürənlər də cəlb olunub.

İnsidentin olduğu ərazidə polis əməkdaşları da işləyir.

Xatırladaq ki, bir neçə gündür Rusiya Xarici Kəşfiyyat Xidməti və rəsmiləri diplomatik nümayəndəliklərə qarşı silsilə terror aktlarının təşkil edilə biləcəyi barədə bəyanatlar yayır. İddia olunur ki, Kiyev hazırda aktivləşən danışıqları pozmaq üçün Rusiyanın Avropadakı diplomatik nümayəndəliklərini bu yolla hədəfə alır.

Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev də üç gün öncə bu mövzuda məlumat yaymışdı. O qeyd edib ki, Rusiyanının Xarici Kəşfiyyat Xidməti Almaniyanın hüquq-mühafizə orqanlarına məlumat ötürüb. Buna səbəb Ukraynanın Rusiya diplomatik qurumlarına qarşı terror aktları planlaşdırması olub.

Həmçinin Rusiyanın Norveçdəki səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirib və ölkə polisinə sorğu göndərib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Partlayış   Marsel   Terror  





Xəbər lenti