Suriya lideri: "Ölkəni birləşdirəcəyik" - VİDEO

      Suriya lideri:    "Ölkəni birləşdirəcəyik" -    VİDEO
  25 Fevral 2025    Oxunub:369
"Suriyada insan hüquqlarının və ədalətin bərpası naminə komitə yaradağıq".
Bu sözləri Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərəə ölkədə keçirilən Milli Dialoq Konfransının açılışında çıxışı zamanı dilə gətirib. O öz çıxışında Suriyanın yenidən birləşdiriləcəyini, müxtəlif qruplaşmaların əlindəki silah-sursatın dövlətin nəzarətinə götürüləcəyini bildirib.

"Son iki ay ərzində suriyalılara qarşı cinayət törədənləri ələ keçirməyə çalışdıq. Onların cəzalandırılması məqsədilə Müvəqqəti Ədalət Komitəsi yaradılacaq. Suriya yenidən öz bölünməz və güclü vəhdətinə qaytarılacaq", - o deyib.

Xatırladaq ki, Suriyada 24 illik Bəşər Əsəd rejimi ötən il dekabrın 8-də Əhməd Əş-Şərəənin (hərbçi ləqəbi ilə "Əl-Cövlani) rəhbərliyindəki müxalif qüvvələr tərəfindən devrilib. Bu, Suriyada 2011-ci ildən bəri aparılan vətəndaş müharibəsinin həlli istiqamətində ən vacib addım sayılır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Suriya  





Xəbər lenti