Çexiyada 160 milyonluq korrupsiya işi I Keçmiş nazir də saxlanılıb

      Çexiyada 160 milyonluq korrupsiya işi I    Keçmiş nazir də saxlanılıb
  25 Fevral 2025    Oxunub:356
Çexiya polisi ölkənin ən böyük xəstəxanası olan “Motol” işi ilə bağlı 16 nəfərə qarşı korrupsiya ittihamı irəli sürüb.
Bu barədə “İrozhlas” xəbər portalı məlumat yayıb. İstintaq altında olanlar arasında xəstəxana direktoru, Çexiyanın keçmiş səhiyyə naziri Miloslav Lüdvik də var. Cinayət işi üzrə şübhəlilər rüşvətxorluq, çirkli pulların yuyulması, subsidiya fırıldaqçılığı və Avropa İttifaqının maliyyə maraqlarına zərər vurmaqda ittiham olunurlar.

Əgər irəli sürülən ittihamlar öz təsdiqini taparsa, onları 12 ilə qədər həbs cəzası gözləyir. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər xəstəxanalarla dövlət müqavilələri bağlayarkən prosesdən sistemli şəkildə sui-istifadə ediblər.

Çexiya mediası daha əvvəl məlumat verib ki, polis iş üzrə əməliyyat tədbirləri zamanı 22 nəfəri saxlayıb. Cinayətkar qrupun fəaliyyəti nəticəsində dəymiş ziyan əsasən Aİ fondlarından fırıldaqçılıq yolu ilə alınan 160 milyon avro təşkil edib.

AzVision.az



Teqlər:





Xəbər lenti