Fransa müstəmləkələrindən olan jurnalistlər BTQ-nin rəhbərliyi ilə görüşüb

Fransa müstəmləkələrindən olan jurnalistlər BTQ-nin rəhbərliyi ilə görüşüb
  24 Fevral 2025    Oxunub:284
Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə Bakı Təşəbbüs Qrupunun rəhbərliyi arasında görüş keçirilib.
BTQ-dən verilən xəbərə görə, görüş zamanı iştirakçılara təşkilatın fəaliyyəti, məqsəd və istiqamətləri barədə ətraflı məlumat təqdim edilib.

Eyni zamanda, son iki il ərzində təşkilatın beynəlxalq səviyyədə həyata keçirdiyi layihələr barədə videoçarx nümayiş etdirilib.

BTQ-nin rəhbəri Abbas Abbasov son vaxtlar təşkilatın saytına və sosial şəbəkə profillərinə kütləvi kiber hücumlar olduğunu, xarici müdaxilələrin həddindən artıq artdığını bildirib. Bu xüsusda, xarici müdaxilələri əks etdirən və real faktlar əsasında hazırlanmış video jurnalistlərə təqdim olunub.

Görüşdə həmçinin, Fransa rəsmilərinin və bu ölkənin KİV-nin Azərbaycan və BTQ əleyhinə məqsədli şəkildə səsləndirdiyi qərəzli və qeyri-obyektiv tezislərə cavablar verilib. Abbas Abbasov bildirib ki, elə xarici jurnalistlərin səfərinin təşkil edilməsinin məqsədlərindən birinin bu qərəzli ittihamların həqiqəti əks etdirmədiyini əyani sübut etmək olduğunu çatdırıb.

Qeyd edək ki, 12 xarici media nümayəndəsi səfər çərçivəsində çoxsaylı görüşlər keçirəcək və kommunikasiya sahəsində xüsusi təlimlərə cəlb ediləcəklər.


AzVision.az


Teqlər:





Xəbər lenti