Bakıda və Abşeronda havanın temperaturu yüksəlib

Bakıda və Abşeronda havanın temperaturu yüksəlib
  25 Fevral 2025    Oxunub:302
Saat 14:30-a olan məlumata əsasən hazırda ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur.
AzVision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, sarı xəbərdarlığa uyğun olaraq Zəngilanda 19 m/s, Mingəçevirdə 18 m/s, Göyçay və Qobustanda 16 m/s, Daşkəsən və Yardımlıda 15 m/s-dək qərb küləyi əsir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 6, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti