USAID minlərlə əməkdaşını ixtisar edir - "NYT"

   USAID minlərlə əməkdaşını ixtisar edir    - "NYT"
  24 Fevral 2025    Oxunub:381
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID-United States Agency for International) iki min əməkdaşı işdən çıxarılmaları ilə bağlı elektron məktub alıb.
Bu fikirlər “The New York Times”da (NYT) dərc olunan məqalədəndir.

Ağ Evin rəsmi nümayəndəsi USAID-in şübhəli xərclərini ifşa etdi
Müəllif qeyd edib ki, bundan başqa minədək diplomatik xidmət göstərən əməkdaş ödənişli məzuniyyətə göndərilir.

Amma "kritik əhəmiyyətli proqramlar” üzərində işləyən əməkdaşlar üçün istisnalar var. Nəşr yazıb ki, işdən çıxarılma prosesi hələlik yalnız ABŞ-dəki işçilərə təsir edib.

USAID-in adı korrupsiya, bioloji silahlar, LGBT, Əl-Qaidə olaylarında hallanır

Təşkilat müəmmalı və şübhəli fəaliyyətinə görə Ağ Ev rəhbərinin "qara siyahısı"na düşüb. Hələ fevralın 7-də ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasındakı paylaşımında USAID-in bağlanmalı olması barədə yazmışdı.

“Korrupsiya görünməmiş həddə çatıb. Onu bağlayın!”, - o qeyd edib.

ABŞ-nin Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri amerikalı milyarder İlon Mask da fondu sərt tənqid və ifşa edənlər siyahısındadır. O, bir müddət öncə ABŞ Beynəlxalq İnkişaf Agentliyini “bioloji silahlar, xüsusən də COVID-19” üzrə tədqiqatları maliyyələşdirməkdə ittiham etmişdi.

Fevral ayının əvvəlində isə Trampın administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin gülməli və ya dəxilsiz adlandırılan xərclər siyahısını dərc etdi. Sənəddə göstərilib ki, USAID təkcə Serbiyadkı iş yerlərində və biznes icmalarında bərabərliyin, inklüzivliyin təşviqi üçün 1,5 milyon dollarayırıb. Bundan başqa, Kolumbiyada “transgender operası”na 47 min dollar və Qvatemalada LGBT-aktivistlərin fəallığına 2 milyon dollar yönəldilib. Gülməli görünən digər xərclər siyahısında Peruda "transgender pişik balığı kitabı" üçün 32.000, İrlandiyada DEA musiqili tamaşasına isə 70 min dollar ayrılması da var.

Bir neçə gün öncə isə USAID-in “Əl-Qaidə” terror təşkilatının lideri Ənvər əl-Əvlakinin kollecdə təhsil almasının xərcini ödəməsi ilə bağlı faktlar üzə çıxıb.
USAID-in Azərbaycanda da fəaliyyəti dayandırıb. Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin fevralın 6-da verdiyi açıqlamada qeyd edilib ki, ABŞ fondunun ölkəmizdə fəaliyyət göstərməsi üçün hüquqi əsas yoxdur. Bu səbəbdən onun fəaliyyətini dayandırması barədə Azrəbaycan Vaşinqtona rəsmi bildiriş göndərib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   USAİD   Xərc   İşçi  





Xəbər lenti