Türkiyədə hoteldəki yanğınla bağlı saxlanılanların sayı artıb

Türkiyədə hoteldəki yanğınla bağlı saxlanılanların sayı artıb
  27 Yanvar 2025    Oxunub:455
Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə baş verən yanğından sonra həbs olunanların sayı 18-ə çatıb.
AzVision.az xəbər verir ki, Bolu Bələdiyyə sədrinin müavini Sedat Gülənər, yanğınsöndürmə rəisinin müavini Kənan Coşkun və yanğınsöndürmə idarəsinin əməkdaşı İrfan Acar həbs edilib.

XİN: Türkiyədə yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur
Bundan əvvəl məhkəmə “Grand Kartal” otelinin sahibininin həbs edilməsi barədə qərar çıxarıb.

Xatırladaq ki, yanğın 12 mərtəbəli hotelin restoranından başlayıb. Hadisə zamanı binada 237 qonaq olub. 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yanğında 36-sı azyaşlı olmaqla 79 nəfər həlak olub. Hoteldə axtarış əməliyyatları başa çatıb. Yanğınla əlaqədar yanvarın 22-də Türkiyədə matəm elan edilib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Türkiyə   Bolu   yanğın  





Xəbər lenti