"Nəqliyyat vasitələrinin hərəkətinə isə saat 9-dan etibarən təhlükəsizlik yoxlaması altında şərqdəki Səlahəddin küçəsindən icazə veriləcək. Köç prosesi əsnasında silah-sursatın daşınması, Qəzza və ya İsrail ərazisində İsrail Ordusunun mövqelərinə yaxınlaşma, eləcə də Aralıq dənizində üzmək və balıq tutmaq qadağandır", - məlumatda vurğulanır.
İcazənin rəsmi elanının verilməsinin ardınca minlərlə fələstinlinin Qəzza zolağının şimalına üz tutduğu diqqətə çatdırılır.
Xatırladaq ki, yanvarın 19-da Qəzzada İsrail və Fələstinin HƏMAS terror təşkilatı arasında atəşkəs elan olunub, hərbi əməliyyatlar dayandırılıb.
January 27, 2025
January 27, 2025
Firudin Həmidli
AzVision.az