ISW: “Putin Rusiya elitalarına mesaj verib”
“Putin çox güman ki, dövlət televiziyasına verdiyi müsahibədən öz ictimaiyyətinə Rusiyanın yaxın gələcəkdə danışıqlar apara bilməyəcəyini və müharibənin tezliklə bitməyəcəyini çatdırmaq üçün istifadə edib”, - ISW vurğulayır.
Bundan əlavə, ekspertlərin iddiasına görə, Putin bu müsahibə ilə müharibənin bitməsini istəyən elitaya təsir etmək niyyətini güdüb. Rusiya prezidentinin mesajı onlara sülhə aparan yolların qısa olmayacağını başa salmaq idi. Onların fikrincə, Putin müsahibə zamanı özünü ABŞ prezidenti Donald Trampa bərabər lider, Rusiyanı isə “böyük dövlət” kimi göstərməyə çalışıb.
Sahil İsgəndərov
AzVision.az