Lukaşenko: "Paşinyan Ermənistanı məhv edəcək"
Lukaşenko Ermənistan rəhbərliyinin Belarusa qarşı “küskünlüyündən” də danışıb: "Azərbaycanı dəstəklədiyimə görə məndən incidilər. Allahdan gizli deyil ki, mən həmişə sağlam düşüncəni dəstəkləmişəm. Müharibənin olmamasının tərəfdarı olmuşam”.
Belarus Prezidenti xatırladıb ki, vaxtilə Azərbaycan və Ermənistan liderləri arasında vasitəçi kimi çıxış edərək münaqişənin sülh yolu ilə həllinə yardım etməyə çalışıb. “Paşinyan özü Dağlıq Qarabağdan imtina edib”,- Lukaşenko vurğulayıb.
Teqlər: Lukaşenko