ABŞ nüvə qəzasına hazırlaşır

ABŞ    nüvə qəzasına    hazırlaşır
  27 Yanvar 2025    Oxunub:469
Nyu-York ştatında müxtəlif qurumların, o cümlədən ABŞ Müdafiə və Energetika nazirliklərinin iştirakı ilə nüvə qəzalarına cavab verməsi yönündə genişmiqyaslı təlimlər başlayıb.
AzVision.az xəbər verir ki, yanvarın 26-31-də ABŞ-nin Nyu-York ştatında nüvə qəzalarına cavab vermək üçün qurumlarası genişmiqyaslı təlimlər keçirilir.

Federal Təhqiqat Bürosu (FTB) tərəfindən olunan təlimlıərə ABŞ-nin Müdafiə, Energetika, Daxili Təhlükəsizlik nazirlikləri, Milli Nüvə Təhlükəsizliyi administrasiyasının nümayəndələri, yerli polis, yanğınsöndürmə və ictimai səhiyyə əməkdaşları qatılıblar.

Təlim Şenektadi şəhəri ətrafında və yaxınlıdqakı Albani, Saratoqa və Şenektadi qraflıqlarında keçirilir. Təlimin məqsədi həm ABŞ-də, həm də xaricdə nüvə qəzalarına cavab vermək üçün operativ hazırlığı yoxlamaqdır.

FTB-nin press-relizində bildirilir ki, fövqəladə hallarda təhlükəsizliyin yaxşılaşdırılması və müxtəlif qurumların hərəkətlərinin əlaqələndirilməsi məqsədilə 2012-ci ildən bu cür təlimlər mütəmadi şəkildə keçirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   nüvəqəzası   təlimlər  





Xəbər lenti