Türkiyənin məhkəmə sistemində süni intellektdən istifadə artırılır

   Türkiyənin məhkəmə sistemində süni intellektdən istifadə artırılır
  27 Yanvar 2025    Oxunub:481
Türkiyədə 2025-2029-cu illəri əhatələyən IV Məhkəmə İslahatı Strategiyası Sənədinə əsasən, məhkəmə sistemində süni intellektin (Sİ) tətbiqi genişləndiriləcək. Məhkəmə fəaliyyətini dəstəkləməsi məqsədilə Sİ-yə əsaslanan tövsiyə sistemləri hazırlanacaq, eləcə də Sİ texnologiyasının informasiya sisteminə inteqrasiyası aparılacaq.
Yerli mətbuatın xəbərində diqqətə çatdırılır ki, bu prosesin nəticəsində vətəndaşların ədalət mühakiməsinə çıxışı asanlaşdırılacaq, məhkəmə prosesləri sürətləndiriləcək. Süni intellekt sənədlərin qısa müddətdə təhlili, natamam məlumatların tamamlanması, ekspert rəylərinə nəzarət, yazışmaların avtomatik izlənməsi, qurumlararası məlumat mübadiləsi və s. istiqamətlərdə köməyə gələcək.

Eyni zamanda, süni intellektin bu çərçivədə istifadəsinə dair etik və hüquqi normalar müəyyənləşdiriləcək.

Xatırladaq ki, sözügedən IV Məhkəmə İslahatı Strategiyası Sənədi ötən günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ictimaiyyətə açıqlanmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   məhkəmə-sistemi   süni-intellekt  





Xəbər lenti