Budanov: “Ukraynanın mövcudluğu təhlükəsi var”
“Əvvəlcə Baş Qərargah nümayəndələri çox, çaşqın, lakin çox maraqlı danışdılar. Sonra müxtəlif məruzələr oldu. Amma ən çox Budanovun cavabı yadda qaldı. Kimsə ondan daha nə qədər vaxtımız olduğunu soruşdu. Kirill isə soyuq təbəssümlə, əgər yaya qədər ciddi danışıqlar aparılmasa, Ukraynanın mövcudluğu üçün çox təhlükəli proseslər başlaya biləcəyini söylədi”, - mənbələrdən biri iddia edib.
Onun sözlərinə görə, bundan sonra hamı bir-birinə baxıb susdu. Məhz bu baxımdan, yəqin ki, danışıqların alınması lazımdır.
Rusiya ilə müharibədə Moskvaya qarşı ən sərt siyasət aparılmasının tərəfdarlarında olan Kirill Budanovun bu bəyanatı Donald Trampın müharibəni dayandırmaq iddiasının Kiyevdə ciddi qəbul edildiyindən xəbər verir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Budanov danışıqlar mövcudluq