Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçilərinin maaşları artırılıb

   Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçilərinin maaşları artırılıb
  27 Yanvar 2025    Oxunub:506
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
AzVision.az



Teqlər: Fərman   Maaş  





Xəbər lenti