Vens ABŞ-nin apardığı müharibələrə münasibət bildirb

   Vens ABŞ-nin apardığı    müharibələrə    münasibət bildirb
  27 Yanvar 2025    Oxunub:506
Birləşmiş Ştatlar son 40 il ərzində çoxlu müharibələr aparıb, lakin, o cümlədən də ordudakı problemlərə görə heç bir qələbə qazana bilməyib.
xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens “CBS” telekanalına müsahibəsində “Fox News” telekanalının keçmiş aparıcısı Pit Heqsetin Pentaqonun rəhbədi vəzifəsinə təyinatını şərh edərkən belə deyib. Maraqlıdır ki, Heqsetin təsdiqi üçün Vensin səsi həlledici olub, çünki hər iki partiyanın (demokratlar və respublikaçılar) senatorlarının səsləri bərabərlik təşkil edib.

Aparıcının “partiyanı birləşdirə bilməyən Heqset üç milyon insana rəhbərlik edə biləcəkmi?” sualına ABŞ-nin vitse-prezidenti belə cavab verib: “İkitərəfli səsvermə bizə son 40 ildə çoxlu müharibələr apardığımız, lakin mənim yaşadığım müddət ərzində heç bir müharibədə qalib gəlmədiyimiz bir ölkəni bəxş etdi”.

Pit Heqset Pentaqonun yeni rəhbəri kimi and içdi
Onun sözlərinə görə, Amerika ordusunda ciddi kadr böhranı və xərclərin həddinin aşılması, çatdırılma müddətinin uzanması və alış qiymətləri böhranı mövcuddur. Bu səbəbdən, bəzilərinin xoşuna gəlməsə də, böyük dəyişikliklərə ehtiyac var.

“Pit Heqsetdən istədiyimiz əsas şey Müdafiə nazirliyindəki problemlərin həll edilməsidir və təəssüf ki, bunlar çoxdur. Biz özümüzü qalib gəlmək planımız olmayan həddən çox müharibəyə cəlb etmişik. Əvvələcədən düşməməli olduğumuz çox çətinliklərlə üzləşdik və satınalma prosesimiz inanılmaz dərəcədə pozuldu”, - Cey Di Vens vurğulayıb.

O, bildirib ki, ABŞ ordusunun süni intellekt (Sİ) texnologiyalarının inkişafı və dronlardan istifadə etməklə döyüş əməliyyatlarının aparılması baxımından, təchizat və tədarükləri maliyyələşdirmə üsulunu əsaslı şəkildə dəyişdirməyə ehtiyac var.

Kadr böhranına gəldikdə, onun fikrincə, Donald Tramp seçilməmişdən əvvəl ABŞ hərbçilərinin əhval-ruhiyyəsi “tarixən aşağı” səviyyədə idi və xidmətə qəbulla bağlı hədəflər yerinə yetirilmirdi. Heqsetin rəhbər vəzifəyə gəlməsi ilə vəziyyət yaxşılaşacaq.

- O, dünyaya generalların və ya bürokratların nöqteyi-nəzərindən yox, müharibələrimizə göndərdiyimiz kişi və qadınların gözündən baxan bir oğlandır”, - Vens Heqseti xarakterizə edib.

Pit Heqset İraq və Əfqanıstanda xidmət etmiş ABŞ Ordusu Milli Qvardiyasının veteranıdır. Onun Pentaqonun rəhbəri vəzifəsinə təyin edilməsi zorlama, fırıldaqçılıq və spirtli içkilərdən sui-istifadə iddialarına görə şübhə altında idi. Heqset özü bütün ittihamları rədd edib.


“CNN” telekanalının iddiasına görə, yanvarın 24-də o, cinsi təqib ittihamı çərçivəsində hansısa qadına 50 min ABŞ dolları məbləğində təzminat ödəyərək, bu hadisənin öz karyerasına xələl gətirməməsi üçün məhkəməyə qədər razılaşma əldə edib.

Vəzifəyə təyin olunacağı təqdirdə içkidən imtina edib-etməyəcəyi barədə senatorların sualına Heqset müsbət cavab verib. O, prioritetlərinin ABŞ-nin müdafiə sənayesi bazasının canlandırılması, satınalma prosesinin əsaslı şəkildə yenidən qurulması, müdafiə startapları üçün daha çox imkanların təmin edilməsi və sürətlə yeni texnologiyaların tətbiqi olduğunu açıqlayıb.

“Pentaqonun yeni rəhbərliyi Trampın “ABŞ-nin mövcud müharibələrdə iştirakına son qoymaq” vədini yerinə yetirməli və eyni zamanda gələcək mümkün təcavüzün qarşısını almalıdır”, - “Bloomberg” agentliyi yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Vens   ABŞ   müharibələr   Heqset  





Xəbər lenti