Poroşenko: “Ukraynanın itirə bilər”
“Seçki kampaniyasının başlaması vəhdətin ölməsi deməkdir. Bu (seçki – red.) proseslərə görə biz Ukraynanı itirə bilərik”, - Poroşenko bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin prezidentlik müddəti mayın 20-də başa çatıb. Hərbi vəziyyəti və ümumi səfərbərliyi əsas gətirən hakimiyyət Ukraynada 2024-cü ildə keçiriləcək prezident seçkilərini ləğv edib. Zelenski isə indi seçkilər vaxtı olmadığını iddia edib.
Yeri gəlmişkən, Moskva, öz növbəsndə, bu məqamdan yararlanmağa çalışır. Belə ki, Rusiya prezidenti Vladimir Putin ilkin qiymətləndirməyə görə, Ukraynada yeganə legitim orqanın parlamentin və onun spikerinin olduğunu vurğulayıb. Onun fikrincə, əgər Kiyev qanuni yolla prezidenti seçmək istəsəydi, o zaman hərbi vəziyyət ləğv edilməli idi və hərbi vəziyyətin qüvvədə olması heç də keçmiş seçkilərin nəticələrinin uzadılması demək deyil. Çünki Ukrayna Konstitusiyasında bu barədə heç nə yazılmayıb.