O xatırladıb ki, Papikyan 2022-ci ildə ABŞ-də səfərdə olanda amerikalı həmkarı Lloyd Ostinlə görüşə bilməmişdi:
Ermənistan bölgədə yeni müharibə riskini artırır |
Ekspertin sözlərinə görə, Suren Papikyanın ABŞ-yə budəfəki səfərinin əhəmiyyəti azdır:
“Çünki Suren Papikyanın Pentaqonda görüşdüyü şəxslər ay yarımdam sonra vəzifələri ilə sağollaşacaqlar. Əgər Suren Papkiyan Trampın andiçmə mərasimindən sonra Pentaqona dəvət edilib yeni rəhbərliklə görüşsəydi, bu, İrəvan üçün daha əhəmiyyətli olardı. Hər halda Papikyan gələn il də Vaşinqtona səfər edəcəyinə ümidlidir.
Kreml Suren Papikyanın Vaşinqtondakı görüşlərini diqqətlə izləyir. İstisna deyil ki, Suren Papikyan geri döndükdən sonra Rusiyanın rəsmi şəxslərindən biri İrəvana səfər etsin. Bununla Vaşinqtona qarşılıqlı mesaj göndərən Kreml də ənənəvi siyasətinə sadiq qalacaq”.
Həmidə İbrahimova
AzVision.az