Çeçenistan paytaxtı PUA hücumuna məruz qalıb

   Çeçenistan paytaxtı PUA hücumuna məruz qalıb
  04 Dekabr 2024    Oxunub:315
Çeçenistan rəhbəri Ramzan Kadırov bu gün paytaxt Qroznının mərkəzinə PUA hücumu olduğunu açıqlayıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Çeçenistan lideri hadisə zamanı bir neçə nəfərin xəsarət aldığını deyib.

"Bu gün onlar şəhərin mərkəzinə pilotsuz təyyarə ilə zərbələr endiriblər. Onlar yanacaqdoldurma məntəqəsini, polis alayının damını dağıdıblar. Mülki əhali xəsarət alıb", - deyə o bildirib.

AzVision.az



Teqlər: Qroznu   PUA  





Xəbər lenti