Şahzadə Birqitta vəfat etdi

Şahzadə Birqitta vəfat etdi
  04 Dekabr 2024    Oxunub:373
İsveç kralı XVI Karl Qustavın bacısı şahzadə Birqitta 87 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə kral sarayının mətbuat xidməti məlumat yayıb.

“Bu gün bacım şahzadə Birqittanın vəfat etməsi xəbərini böyük kədərlə aldım. Bacım mənim və ailəm tərəfindən çox darıxılacaq yaxşı və açıq sözlü bir insan idi. Ailəm ilə birlikdə şahzadənin övladlarına və nəvələrinə başsağlığı verirəm”, - deyə kral bacısının ölümü ilə bağlı bildirib.

Məlumata görə, dekabrın 5-də Drottinqholm kral iqamətgahında və vəliəhd şahzadə Viktoriyanın yaşadığı Haqa sarayında bayraqlar gün ərzində yarıya enəcək. Şahzadə Birqitta öz istəyinə uyğun olaraq Haqa Parkında dəfn olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti