Bakıdan ABŞ-ın Qarabağ təklifinə cavab

Bakıdan ABŞ-ın Qarabağ təklifinə cavab
  17 İyul 2014    Oxunub:705
Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ səfirinə cavab verib.
Prezident Adminstrasiyası rəhbərinin müavini Novruz Məmmədov ABŞ səfiri Riçard Moninqstarın yeddi rayonun qaytarılması ilə bağlı təklifinə prinsip etibarilə konstruktiv yanaşdıqlarını deyib.

"Əgər bir mərhələdə 5 rayon, ondan sonrakı mərhələdə 2 rayon geri qaytarılırsa bununla razılaşmaq olar. Biz münaqişənin həllini istəyirik və dünyaya da göstərmək istəyirik ki, konstruktiv mövqe tuturuq".

Novruz Məmmədov həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə səslənib. O, münaqişənin həllində ədalətli mövqe nümayiş etdirməyə çağırıb.

"Təəssüflər olsun ki, dünyadakı münaqişə ocaqlarının çoxalmasının səbəbi elə qərb ölkələrinin, xüsusən Avropanın ikili mövqeyindən doğur. Bu yanaşma həmin dövlətlərə də yaxşı heç nə vəd etmir".(Ans)




Teqlər:





Xəbər lenti