COP29 | Rusiya XİN COP29 konfransının Bakıda keçirilməsini alqışlayıb

  COP29 |   Rusiya XİN COP29 konfransının Bakıda keçirilməsini alqışlayıb
  13 Noyabr 2024    Oxunub:742
"Rusiya BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsini alqışlayır".
AzVision.az NEWS.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

Onun sözlərinə görə, tədbirin Cənubi Qafqazda keçirilməsi xüsusilə əhəmiyyətlidir.

"Biz konfransın sədri kimi Azərbaycanın səylərini yüksək qiymətləndiririk. Tarixdə ilk dəfə olaraq BMT-nin ən böyük iqlim tədbirinin MDB məkanında və birbaşa Cənubi Qafqazda keçirilməsi xüsusi əhəmiyyət daşıyır" ,- deyə Zaxarova bildirib.

Diplomat əlavə edib ki, bu regionda iqlim proseslərinin özünəməxsus xüsusiyyətləri var.

Bundan əlavə, Zaxarova vurğulayıb ki, Moskva ənənəvi olaraq MDB ölkələrində mühüm beynəlxalq tədbirlərin keçirilməsini dəstəkləyir və Azərbaycanın belə tədbirləri təşkil etmək qabiliyyətini yüksək qiymətləndirir.

"Azərbaycanın sədrliyi ilə irəli sürülən təşəbbüslərin əksəriyyətinə Rusiya da qoşulub. Biz Bakının təkliflərini ağlabatan və vaxtında verilmiş təkliflər kimi qiymətləndiririk" ,- deyə o əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti