COP29 Azərbaycan Əməliyyat Şirkəti “AzStateNet” dövlət şəbəkəsinə qoşulub

COP29 Azərbaycan Əməliyyat Şirkəti “AzStateNet” dövlət şəbəkəsinə qoşulub
  02 Noyabr 2024    Oxunub:696
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə yanaşı bir sıra dövlət qurumları, o cümlədən Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin üzərinə mühüm vəzifə və öhdəliklər düşür. Bununla bağlı işlərin əlaqələndirilmiş formada həyata keçirilməsini təmin etmək məqsədilə xidmətdə aidiyyəti qurumların nümayəndələrindən ibarət geniş tərkibli işçi qrupu yaradılıb. Hazırda işçi qrupu tərəfindən hazırlanmış tədbirlər planı üzrə işlər uğurla həyata keçirilir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) açıqladığı məlumata görə, qurum tərəfindən COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ağ Şəhər ərazisində yerləşən ofisinə etibarlı və dayanıqlı, genişzolaqlı internet xidmətlərinin təşkili üçün iki fərqli istiqamətdən fiber-optik kabel xətləri çəkilib və həmin mərkəzin “AzStateNet” dövlət şəbəkəsinə qoşulması təmin edilib.

“Mərkəzin digər əlaqəli sahələri və tədbirin keçirildiyi zonalar da fəaliyyət müddəti ərzində, etibarlı və dayanıqlı, habelə təhlükəsizlik parametrləri üzrə monitorinqi aparılan “AzStateNet” internet şəbəkəsi ilə təmin olunub. COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri, ekspertləri ilə qarşılıqlı müzakirələrə və razılaşmalara əsasən, tədbirin keçiriləcəyi məkanda quraşdırılmış avadanlıqların və xidmətlərin həm tədbirdən əvvəl, həm də tədbir müddətində daxildən və xaricdən edilə biləcək kiberhücumlardan qorunması məqsədilə birgə tədbirlər görülür”, - XRİTDX-nin məlumatında vurğulanır.




Teqlər: COP29   XRİTDX  





Xəbər lenti