4 dərslik də belə getdi

4 dərslik də belə getdi
  18 Aprel 2013    Oxunub:1302
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) daha 4 orta məktəb dərsliyinin istifadəsini məqsədəuyğun hesab etmir.
TQDK-nın mətbuat katibi Elnur Nağızadənin verdiyi məlumata görə, artıq Komissiya tərəfindən orta məktəblərin II sinifləri üzrə dərsliklərin elmi metodiki monitorinqi başa çatıb və nəticələr bu gün Təhsil Nazirliyinə təqdim olunub.

Monitorinqin nəticəsinə əsasən, orta məktəblərin II sinifləri üzrə “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi” və “İngilis dili” dərsliklərinin istifadəsi məqsədəuyğun hesab edilməyib. APA-nın xəbərinə görə, digər II sinif dərsliklərinin istifadəsi məqsədəuyğundur.

Rəyə əsasən, istifadəsinə icazə verilən dərsliklərin rəydə göstərilən irad və təkliflər nəzərə alınmaqla yeni standartlara uyğun hazırlanması tövsiyə edilib: “II sinif üzrə bütün dərsliklər 2008-ci ilin standartlarına uyğun olaraq hazırlanıb. Lakin bəzi fənlər üzrə 2012-ci ildə yeni standartlar qəbul edilib. Həmin
dərsliklərin bu standartlara uyğunlaşdırılması tövsiyə olunub”.



Teqlər:





Xəbər lenti