Qəzzada aclıq təhlükəsi - Qızıl Aypara xəbərdarlıq etdi

 Qəzzada aclıq təhlükəsi - Qızıl Aypara xəbərdarlıq etdi
  15 May 2024    Oxunub:422
Fələstin Qızıl Aypara Cəmiyyəti sərhəd keçid məntəqələrinin İsrail hərbçiləri tərəfindən bağlanması səbəbindən Qəzza zolağında humanitar vəziyyətin kəskin pisləşdiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, təşkilat X səhifəsində məsələ ilə bağlı bəyanat dərc edib.

Məlumata görə, mayın 7-də Rəfah keçidi İsrail hərbçiləri tərəfindən bağlanıb.

Təşkilat beynəlxalq ictimaiyyəti təcili müdaxilə etməyə, nəzarət-buraxılış məntəqələrinin açılmasına və Fələstin anklavına humanitar yardımın maneəsiz çatdırılmasını təmin etmək üçün İsrail hakimiyyətinə təzyiq göstərməyə çağırıb.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti