Onlar tapıldı?! Yad sivilizasiyadan gələn siqnal tezliklə təqdim olunacaq

  Onlar tapıldı?!  Yad sivilizasiyadan gələn siqnal tezliklə təqdim olunacaq
  14 Oktyabr 2024    Oxunub:2668
"Yer kürəsindəki teleskoplarımız yadplanetlilərə aid dəlillər aşkarlayıb".
Bu sözləri "Daily Mirror" qəzetinə açıqlamasında "BBC", "Nat Geoographic" və NASA-nın layihələrində çalışmış elmi-kütləvi filmlər müəllifi, rejissor Simon Holland dilə gətirib. O vurğulayır ki, Oksford Universitetinin iki astronom qrupu mümkün yerdənkənar sivilizasiyanın ilk təsdiqlənmiş sübutunu yaxın həftələrdə işıq üzünə çıxarmaq üçün bir-biri ilə yarışır.

"Qalaktikamızda qeyri-insani zəka aşkarlamışıq. İnsanlar ondan tamamilə xəbərsizdirlər", - Holland deyib.

(Elmi-kütləvi filmlər müəllifi, rejissor Simon Holland)

O diqqətə çatdırıb ki, amerikalı biznesmen Mark Zukerberqin həmtəsisçi kimi fəaliyyət göstərdiyi "Breakthrough Starshot" adlı kosmik layihəsi də bu tədqiqata töhfə verib. Sözügedən layihənin əməkdaşları 2019-cu ilin aprelində Avstraliyadakı Parks Rəsədxanasında aldıqları sinqal vasitəsilə kosmik texnoloji varlığın aydın sübutunu tapıblar. Yerdən təqribən 4,2 işıq ili məsafədə yerləşən və Günəşdən sonra Yerə ən yaxın ulduz sayılan "Proxima Centauri"dən alınmış siqnal "Breakthrough Listen Candidate 1" adlanır.

(Avstraliyada yerləşən Parks Rəsədxanasının teleskopu)

(Yer kürəsinə Günəşdən sonra ən yaxın ulduz ""Proxima Centauri"nin səthinin şərti təsviri)

"Siqnal Yer kürəsində işlədilən radiotezliklərə çox bənzəyir, ancaq digər tərəfdən, istənilən məlum təbiət hadisəsindən fərqlidir, sadəcə vıyıltını xatırladır. Onu, doğrudan da, yadplanetlilərdən almışıqsa, görünür, bu cür siqnal onların təbii rabitə vasitəsidir. Bu barədə ümumi nəticələr növbəti ay ərzində ictimaiyyətə açıqlanacaq. Əlbəttə. belə mühüm kəşf daha çox dəlil istəyir", - "Daily Mirror" Hollanda istinadən yazır.

Hollandın fikrincə, bu kəşfi çinli astronomlar öz adlarına çıxara bilərlər:

"Nəzərə almaq lazımdır ki, dünyanın ən böyük teleskopu - 500 metr aperturalı Sferik Teleskop (FAST) Çindədir".

Məlumata görə, Çin astronomları sözügedən kosmik siqnalın - şərti adı ilə "Breakthrough Listen Candidate 1"in koordinatlarından, həqiqətən də, xəbərdardırlar və onu Oksford qrupundan qabaq elan etmək üçün rəqabət aparırlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: kosmos   yadplanetlilər   siqnal  





Xəbər lenti