Rusiya 10 mindən çox KXDR əsgəri hazırlayır

   Rusiya    10 mindən çox    KXDR əsgəri hazırlayır
  16 Oktyabr 2024    Oxunub:380
Hazırda Rusiyanın Uzaq Şərq adlanan ərazisində Şimali Koreya hərbi qulluqçuları döyüşə hazırlanır. Söhbət 10 min nəfərdən gedir.
Bu barədə RBK-Ukraynaya ölkənin Müdafiə Qüvvələrindəki mənbə məlumat verib.

Rusiya Ukraynaya atdığı mərmilərin yarısını KXDR-dən alır - "The Times"
Mənbələrin sözlərinə görə, Koreya Xalq Demokratik Respublikası(KXDR) hərbçiləri Ukraynaya yaxın bölgələrə- sərhəd rayonlarına köçürülməyə hazırlanırlar.

Qeyd edək ki, dünən RBK-Ukrayna Rusiya ordusunun 11-ci əlahiddə hava hücumu briqadasının bazasında təxminən 3 min nəfərdən ibarət “xüsusi Buryat batalyonu”nun yaradılması barədə də məlumat yaymışdı. Amma burada KXDR-dən olan hərbçilər yerləşdirilirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   KXDR   Rusiya  





Xəbər lenti