Əraqçi: "İstənilən hücuma cavab verməyə hazırıq"

      Əraqçi:    "İstənilən hücuma cavab verməyə hazırıq"
  16 Oktyabr 2024    Oxunub:319
"İran İsrailin istənilən hücumuna sərrast cavab verməyə tam hazırdır".
Bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreşlə telefon danışığı zamanı söyləyib. Tərəflər regiondakı cari vəziyyət ətrafında müzakirə aparıblar.

"İran regionda sülh və təhlükəsizliyi qorumaq üçün hər cür səy göstərməklə yanaşı istənilən avantüralara qarşı qəti və ağır cavab verməyə də hazırdır", - nazir vurğulayıb.

Yeri gəlmişkən, Əraqçi Yaxın Şərqdə artan gərginlik üzrə danışıqlar aparmaq məqsədilə Yaxın Şərqin bir sıra ölkəsində dövlət və hökumət rəsmiləri ilə görüşlər keçirib. O həmçinin fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığında oxşar fikirlər səsləndirib, habelə İsrailin Livanda quru əməliyyatının dayandırılmasının vacibliyini diqqətə çatdırıb.
Fransada Livana dəstək konfransı keçiriləcək

Xatırladaq ki, ötən ilin oktyabrında başlayan İsrail və Livan "Hizbullah"ı arasında son aylarda gərginlik artıb. İsrail Silahlı Qüvvələri Livana qurudan əməliyyata başlayıb. Digər tərəfdən, "Hizbullah" terror təşkilatının himayədarı İran bu münaqişəyə cavabən İsrailə raket hücumu həyata keçirib. Hazırda İsrailin İrana qarşı gözlənilən cavab zərbəsi fonunda vəziyyət gərgin qalmaqdadır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   BMT   Fransa   Yaxın-Şərq   münaqişə  





Xəbər lenti