Rusiya Qəzzaya 30 ton humanitar yardım göndərib

Rusiya Qəzzaya 30 ton humanitar yardım göndərib
  16 Oktyabr 2024    Oxunub:394
Rusiya Fövqəladə Hallar Nazirliyi Qəzza zolağının sakinləri üçün humanitar yardımın 31-ci partiyasını çatdırıb.
AzVision.az
xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Qəzza zolağının mülki əhalisi üçün humanitar yardımın 31-ci partiyasını çatdırıb. Rusiyalı xilasedicilər 30 tona yaxın humanitar yardımı Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil veriblər", - məlumatda qeyd edilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti