Kosmosda nə qədər zibil var?

   Kosmosda nə qədər zibil var?
  13 Oktyabr 2024    Oxunub:2541
2009-cu il, fevralın 10-da tarixdə ilk dəfə olaraq kosmosda insanın yaratdığı iki obyekt toqquşdu. Bunlar Rusiyanın “Космоса-2251” və ABŞ-ın “Iridium-33” peykləri idi. Aparatlar Sibirin üzərində, təxminən 800 km. yüksəklikdə toqquşmuşdular. Onların çarpışması nəticəsində 2300-dən çox parça yaranmışdı.
Hazırda kosmosda zibilin ümumi sayı 100 milyon vahiddən çoxdur. Onların çoxu ölçüsü 10 sm-dən az olan xırda obyektlərdir. Buna baxmayaraq, onlar yüksək sürətlə hərəkət etdiklərindən, toqquşduqları obyektlərə ciddi ziyan vurmağa qadirdirlər.


1957-ci ildə kosmik era başlayan sonra 6,5 mindən çox uğurlu uçuş olub. Orbitə 16,9 min peyk çıxarılıb. Orbitdəki süni obyektlərin ümumi kütləsi 11,5 min tondur. Onların ancaq ən böyükləri (35 min ədəd) xüsusi kataloqlara daxil edilərək, izlənilir.

NASA-nın məlumatına görə, kosmosu ən çox zibilləyən ölkələr Rusya, ABŞ və Çindir.

Samir Quliyev
AzVision.az


Teqlər: Kosmos   Ekologiya  





Xəbər lenti