Rusiyalı aşpazı Fansada 30 il həbs cəzası gözləyir

  Rusiyalı aşpazı Fansada 30 il həbs cəzası gözləyir
  17 Oktyabr 2024    Oxunub:1137
Bu ilin iyul ayında Parisdə saxlanılan və Rusiyanın Perm şəhərindən olan 40 yaşlı aşpaz-blogger Kirill Qryaznov Fransada keçirilən Yay Olimpiya Oyunları zamanı “sabitliyin pozulmasına səbəb ola biləcək” hadisələrin təşkilində şübhəli bilinir.
AzVision.az Fransanın “Le Monde” qəzetinə istinadən xəbər verir ki, Paris prokurorluğu bu gün rusiyalı aşpaza qarşı cinayət işi açıldığını və ona qarşı ittiham irəli sürüldüyünü təsdiqləyib.

Fransa mətbuatının yazdığına görə, Kirill Qryaznov özünü Parisin “Le Cordon Bleu” kulinariya məktəbində təhsil almış aşpaz kimi təqdim edib.

“Qryaznovu “İnstagram”da 10 mindən çox iizləyicisi var. Bu şəbəkədə o, ənənəvi fransız reseptləri ilə fotoşəkillər və videolar yerləşdirirdi. Qrayznov “Bakalavr” və “Top aşpaz” şousunun rusiyalı analoqlarında (“Domaşniy” kanalında “Məni seç” və NTV-də “Daçnıy otvet”) iştirak etdikdən sonra vətənində şöhrət qazanıb. Dostları ilə söhbətində Qryaznov nə Rusiya İnvestisiya Fondunda hüquqşünas kimi əvvəlki karyerasını, nə də Lüksemburqdakı birləşmə və satınalma şirkətində işlədiyini qeyd etməyib”, - “Le Monde” qəzeti vurğulayıb.

Nəşrin məlumatına görə, Kirill Qryaznovu bir sıra Avropa ölkələrinin xüsusi xidmət orqanları izləyib. Onun uzun müddət Rusiya kəşfiyyatı ilə əlaqə saxladığı bildirilir. Lakin sübut kimi qəzet yalnız Moskvaya biletin və naməlum şəxs tərəfindən “Kirill” imzası ilə yazılmış məktubun surətini dərc edir və bunun məhz Kirill Qryaznovun elektron poçtundan göndərildiyi heç nə ilə öz təsdiqini tapmır. Sadəcə, 2012-ci ildə Parisə ev sahibinə göndərdiyi həmin məktubun rus müəllifi “Moskva hökuməti üçün işlədiyini” yazıb. Bundan əlavə, qəzet vurğulayır ki, 2000-ci illərin sonlarından etibarən sertifikatlı vəkil bəzi rus kəşfiyyatçılarının profillərini “yoxlamağı” xahiş edən elektron məktublar alıb.

“The Insider” nəşrinin jurnalistləri isə, Qryaznovun kəşfiyyata işləməsindən bu ilin yazında şübhələrin yarandığını yazırlar. May ayında Perm sakini sərxoş olduğu üçün İstanbuldan Parisə uça bilməyib. Maşınla Bolqarıstana gedən Kirill Qryaznov orada təsadüfi adamlara Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə “gizli missiyanı” yerinə yetirmək üçün Parisə getməli olduğunu söyləyib. Şahidlər bildiriblər ki, Qryaznov nə demək istədiyini açıqlamadan Fransada “bu Olimpiadanı uzun müddət xatırlayacaqları” ilə hədələyib. Elə orada “kuratoru” ilə telefonla əlaqə saxlayan aşpaz “Kişinyovdan bir moldovalını ələ aldığını” bildirib.

Bu gün Paris prokurorluğu barəsində cinayət işi açdığı Qryaznovun məhkəmə prosesinin başlayacağı barədə məlumat açıqlanmayıb.

- Bu il iyulun 23-də həmin şəxsə qarşı ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib”, - Paris prokurorluğu məlumat verib.

1984-cü ildə Permdə anadan olmuş, Perm dövlət universitetində hüquqşünas ixtisası aldıqdan sonra Moskvaya köçmüş Kirill Qryaznovu indi Fransada 30 ilə qədər azadlqıdan məhrum edilə bilər.

Alamniyanın “Der Spiegel” nəşrinin yazdığına görə, 2000-ci illərin əvvəllərində Lüksemburqun maliyyə sektorunda karyera qurmağa çalışan Qryaznovun əsas maraqları arasında satınalmalar üzrə birləşmə və udulma prosesləri olub. 2010-cu ildə Fransaya köçdükdən sonra isə o, burada karyerasını qəfildən aşpazlığa dəyişib.

Paris Olimpiadasının rüsvayçılığı davam edir
Xatırladaq ki, bu il iyulun 26-dan avqustun 11-nə qədər Parisdə keçirilən 33-cü Yay Olimpiya Oyunlarının açılış mərasimi Olimpiada hərəkatı tarixində ən pis akt kimi qiymətləndirilərək “İblis qonaqlığı” adlandırılıb. Bu oyunların təşkilinə 11 milyard avro xərcləyən Fransa hökuməti hətta idmançıların elementar yaşam səviyyəsini də yaratmayıb.“Fəzilət” sahibi olan Emmanuel Makronun “ədalətli” siyasətinin nümayişi kimi Fransa məhkəməsinin həmin biabırçılıqlara görə məsuliyyəti də məhz rusiyalı aşpaz Kirill Qryaznovun üzərinə qoyulması barədə qərar çıxaracağı heç də istisna deyil.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Qryaznov   Fransa   həbs  





Xəbər lenti