Türkiyədə güclü zəlzələdən sonra 3 bina dağılıb

 Türkiyədə güclü zəlzələdən sonra 3 bina dağılıb
  16 Oktyabr 2024    Oxunub:896
Türkiyədə baş verən zəlzələ nəticəsində 3 bina qismən dağılıb, itki yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb.

Bildirilib ki, binaların dağılması hadisəsi Malatya, Elazığ və Şanlıurfada qeydə alınıb.

"Malatyada baş verən 5,9 ballıq zəlzələdən sonra AFAD və bizim əlaqədar qurumlarımız Malatya, Diyarbəkir, Şanlıurfa, Elazığ, Batman, Tunceli vilayətlərində vəziyyəti yerində araşdırmağa davam edirlər. Ümumilikdə üç binada qismən çökmə baş verib. Tələfat yoxdur”, - daxili işlər naziri X-də yazıb.

Qeyd edək ki, bu gün Fövqəladə Halların İdarə Olunması Agentlik (AFAD) Türkiyədə 6 bal gücündə zəlzələ olması barədə məlumat yayıb. Zəlzələ Malatya vilayətində qeydə alınıb.

Tural Tağıyev
AzVision.az




Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti