Deputat dinşunaslara müraciət etdi

Deputat dinşunaslara müraciət etdi
  16 Oktyabr 2024    Oxunub:379
"Dini təhsil elm və tərbiyə ilə balanslı şəkildə aparılmalıdır" .
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sahib Alıyev Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusuna həsr olunan respublika elmi-praktik konfransında deyib.

"Dini təhsilin elm və tərbiyə ilə balanslı şəkildə aparılması həm də onlar arasında körpü qurur. Bunun daha sağlam olması üçün auditoriyalarda elm və din mövzusunda çoxsaylı debatlar keçirilməli, cəmiyyət maarifləndirilməlidir. Bu, həm dinşünaslar üçün, həm də islamşünaslar üçün vacibdir",- deyə millət vəkili qeyd edib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti