Nazir vətəndaşları qəbul edəcək

Nazir vətəndaşları qəbul edəcək
  17 Aprel 2013    Oxunub:1371
Təhsil naziri Misir Mərdanov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.
Təhsil nazirliyindən AzVision.az-a verilən məlumata görə, 20 aprel 2013-cü il tarixində saat 10:00-da təhsil naziri Misir Mərdanov Sumqayıt Şəhər Təhsil Şöbəsində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Abşeron və Xızı rayonlarında, Sumqayıt şəhərində yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti