Reyqanın oğlu Bakıya gəlir

  17 Aprel 2013    Oxunub : 501
Reyqanın oğlu Bakıya gəlir
ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqanın oğlu Maykl Reyqan Azərbaycana səfər edəcək
Bu barədə AzVision.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat veriblər. Bildiriblər ki, Cənubi Qafqaz Forumu çərçivəsində Dünya Azərbaycanlı Gənclər Birliyinin "Gələcəyin liderləri" mövzusunda keçirəcəyi panel iclasında iştirak etmək üçün ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqanın oğlu Maykl Reyqan Azərbaycana səfər edəcək.

Panel iclasda ABŞ Prezidenti Corc Buşun nəvəsi Corc P.Buş, Robert F.Kennedinin oğlu Con Kennedi II, BMT Baş Katibinin xüsusi müşaviri xanım Nafis Sadik, Böyük Britaniya Kral Akademiyasının ilk və yeganə qadın rəhbəri Baronessa Suzan Qrinfild və Dünya Azərbaycan Gənclər Birliyinin sədri Ramin Məmmədov çıxış edəcəklər.

Panel iclasın moderatorluğunu Dünya Bankının sabiq 1-ci vitse prezidenti İsmayıl Seragəldin edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisi, 50-dən çox sabiq ölkə və hökumət başçısını bir araya toplayacaq.

Teqlər: