Dünyada ilk fasiləsiz uçuşu edən pilot öldü

   Dünyada ilk fasiləsiz uçuşu edən pilot öldü
  05 May 2024    Oxunub:1107
Dünya üzrə ilk fasiləsiz uçuşu edən amerikalı pilot Dik Rutan cümə günü 85 yaşında Aydaho xəstəxanasında vəfat edib. Bu barədə Associated Press məlumat yayıb.
Rutan ikinci pilot Cina Yeger ilə birlikdə 1986-cı ildə aviasiya tarixində dünya üzrə yanacaq doldurmadan ilk fasiləsiz uçuşu həyata keçirməsi ilə məşhurdur.

Pilotun dostu Bill Uitlin agentliyə verdiyi məlumata görə, Rutan ağır ağciyər infeksiyası keçirdikdən sonra oksigendən imtina etmək qərarına gəlib.

Qeyd edək ki, Dikin idarə etdiyi “Voyager” 1986-cı il dekabrın 14-də havaya qalxıb. Dekabrın 23-də dünyanı dövrə vurduqdan sonra eniş edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti