Neftçalada və Şəmkirdə məktəb yanıb

Neftçalada və Şəmkirdə məktəb yanıb
  09 Dekabr 2023    Oxunub:841
Azərbaycanda iki məktəbdə yanğın olub.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

İlk hadisə Neftçala rayonunun Şirvanlı kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli orta məktəb binasının dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Digər hadisə Şəmkir şəhərində baş verib. Ümumi sahəsi 600 m² olan birmərtəbəli orta məktəb binasının sinif otağının döşəməsi 2 m² sahədə yanıb. Yüksək temperaturdan sinif otağının lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər: Məktəb   Yanğın  





Xəbər lenti