Tofiq Bəhramovun nəvəsi rəis təyin edildi - Foto

   Tofiq Bəhramovun nəvəsi rəis təyin edildi -    Foto
  08 Dekabr 2023    Oxunub:1795
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postuna rəis təyin edilib.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, komitənin sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik-leytenant Bəhramov Tofiq Bəhmən oğlu gətirilib.

Qeyd edək ki, Tofiq Bəhramov əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir. 1993-cü ildə vəfat edən Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyunu zamanı verdiyi qərarla bütün dünyada tanınıb. Hazırda Bakıda yerləşən Respublika Stadionu mərhum hakimin adını daşıyır.





AzVision.az


Teqlər:





Xəbər lenti