Naxçıvanda nazir işdən çıxarıldı

   Naxçıvanda nazir işdən çıxarıldı
  08 Dekabr 2023    Oxunub:754
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bununla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, T. Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti