"Moskva və İrəvan silahlar məsələsini tərəfdaşlıq şəraitində həll etməlidir" - Xandanyan

   "Moskva və İrəvan silahlar məsələsini tərəfdaşlıq şəraitində həll etməlidir" -    Xandanyan
  08 Dekabr 2023    Oxunub:851
Ermənistan və Rusiya İrəvanın ödədiyi, lakin hələlik Moskvanın tədarük etmədiyi silahlar məsələsini tərəfdaşlıq şəraitində həll etməlidir.
AzVision.az xəbər verir ki, bu fikri Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarqis Xandanyan keçirdiyi brifinqdə deyib.

“Ümid edirəm ki, bu məsələ tərəfdaşlıq şəraitində həll olunacaq və Rusiyanın Ermənistan qarşısında götürdüyü öhdəliklər hansısa formada öz həllini tapacaq”, - o qeyd edib.

Jurnalistin “Ermənistanın Rusiya Federasiyasını silaha görə pul almadığına görə məhkəməyə verə bilərmi” sualına parlament nümayəndəsinin cavabı: "nəzəri olaraq hər şey mümkündür, amma praktikada problem tərəfdaşlıq çərçivəsində həll edilməlidir. Ermənistanla Rusiya arasında münasibətlər tərəfdaşlıq xarakteri daşıyır”, deyə olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti