İranlı sosioloq: “Hakimiyyət sosial gerçəkliklərlə razılaşmır”

      İranlı sosioloq:    “Hakimiyyət sosial gerçəkliklərlə razılaşmır”
  08 Dekabr 2023    Oxunub:726
İranlı sosioloq Nemətulla Fazili iranlıların hakimiyyətin sosial gerçəkliklərə qarşı çıxdığı bir vəziyyətdə yaşadıqlarını deyib.
AzVision.az xəbər verir ki, Humanitar elmlər və Mədəni araşdırmalar tədqiqat mərkəzinin elmi heyətinin üzvü Nemətulla Fazili Sosial elmlər günü münasibətilə keçirilmiş tədbirdə İran hakimiyyətinin sosial reallıqları göz ardına vurmasını tənqid edib.

“Dünya cəmiyyətində dəyişikliklər, şəhərlərin inkişafı və yeni mediaların icad olunduğu səbəbindən yeni mədəniyyət və sosial dəyərlər yaranıb. Lakin İran hakimiyyət bununla razılaşmır və öz uyğunsuzluqlarını görmür. Həmçinin, bu gerçəkliklərlə razılaşmadığına görə cəmiyyət üçün problemlər məcmusu yaranıb”, - Fazili deyib.

İran hakimiyyətini isə yalnız mürtəce rejimin istibdadından artan narazılığa qarşı repressiya siyasətini necə sərtləşdirmək problemi düşündürür.
AzVision.az



Teqlər: İran   sosial  





Xəbər lenti