Rusiya Bakı və İrəvanın birgə bəyanatını alqışlayır - Zaxarova

 Rusiya Bakı və İrəvanın birgə bəyanatını alqışlayır -    Zaxarova
  08 Dekabr 2023    Oxunub:997
"Moskva Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının iki ölkə arasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq üçün qarşılıqlı niyyətlərini təsdiq edən birgə bəyanatını məmnunluqla qarşılayıb".
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Bakı İrəvanla hərbçilərin qarşılıqlı surətdə azad edilməsi razılığına gəlib


“Biz Bakı və İrəvan arasında Ermənistan və Azərbaycan hərbçilərinin azad edilməsinə dair razılaşmanı alqışlayırıq. Rusiya ardıcıl olaraq məhbusların “hamı üçün” prinsipi ilə dəyişdirilməsi ideyasını irəli sürür.

Bu, qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər üçün hərtərəfli üçtərəfli razılaşmalarına uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin təşviqində yeni imkanlar açır”, - deyə Zaxarova qeyd edib.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya tərəfi bundan sonra da nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması və vətəndaş cəmiyyəti vasitəsilə təmaslarda hər cür yardım göstərməyə hazırdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Həmçinin oxu:
"Balamın ayaqlarından öpəcəyəm" - Əsir əsgərlərimizin anaları

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Zaxarova  





Xəbər lenti