“YAŞAT” təqaüdü təsis edilib

    “YAŞAT” təqaüdü təsis edilib
  08 Dekabr 2023    Oxunub:998
“YAŞAT” təqaüdü təsis edilib .
AzVision.az xəbər verir ki, bunu "YAŞAT" fondunun rəhbəri Elvin Hüseynov Fondun 3 illik hesabatına həsr olunan brifinqdə deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi əlili Cavid Əliyevə aylıq “YAŞAT” təqaüdü təsis edilib. “YAŞAT” təqaüdünün məbləği 1500 ABŞ dollarıdır.

"Cavid Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə ABŞ-ın Minnesota Universitetinin təchizat zəncirinin idarəolunması ixtisasına magistratura səviyyəsinə qəbul olunub".

Qeyd edək ki, C. Əliyev Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti