"Hazırda 5 ağır yaralımızın müalicəsi Türkiyədə davam edir" - Elvin Hüseynov
!["Hazırda 5 ağır yaralımızın müalicəsi Türkiyədə davam edir" - Elvin Hüseynov "Hazırda 5 ağır yaralımızın müalicəsi Türkiyədə davam edir" - Elvin Hüseynov](https://azvision.az/photos/2023/12/IMG_20231208_120609_797-1702022885.jpg)
Fond rəhbəri bildirib ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 16 406, itkin ailə üzvlərinin 6 və yaralıların 11 030 müraciəti olmaqla ümumilikdə 27 442 müraciət təmin edilib.
Ümumilikdə 185 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 178-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 5 ağır yaralının müalicəsi Türkiyədə davam edir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: