"YAŞAT" 111 yeni doğulmuş şəhid övladına depozit hesabı açıb

   "YAŞAT" 111 yeni doğulmuş şəhid övladına depozit hesabı açıb
  08 Dekabr 2023    Oxunub:1113
"Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 42 153 250 AZN təşkil edir".
AzVision.az xəbər verir ki, bunu "YAŞAT" fondunun rəhbəri Elvin Hüseynov 3 illik hesabatına həsr olunan brifinqdə deyib. Onun sözlərinə görə, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 536, itkin ailə üzvlərinin 7 və yaralıların 7 033 müraciəti olmaqla ümumilikdə 12 576 müraciət təmin edilib.

"27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 111 şəhid övladı ilə bağlı Fond tərəfindən “Onlar bizə əmanət” layihəsi həyata keçirilib. Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb.

Hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb. Onların içərisinə Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti