"Zəlzələ olanda dərhal çilçırağa baxdım" - Qurban Yetirmişli

  "Zəlzələ olanda dərhal çilçırağa baxdım" - Qurban Yetirmişli
  07 Dekabr 2023    Oxunub:1411
Bugünkü zəlzələni mən heç hiss etmədim. AzVision.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələ ilə bağlı mətbuat konfransında deyib. O qeyd edib ki, zəlzələ barədə regiondan gələn zəngdən sonra məlumat daxil olub:
"Zəlzələ olanda uzanmışdım. Dərhal çılçırağa baxdım, amma heç nə hiss etmədim. Zəngdən sonra xəbərim oldu".

Qeyd edək ki, dekabrın 7-də yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti