Qarabağ Universitetində erməni müəllimlər işləyə bilərmi? - Əmrullayev cavab verdi

   Qarabağ Universitetində erməni müəllimlər işləyə bilərmi? -    Əmrullayev cavab verdi
  30 Noyabr 2023    Oxunub:1039
Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə Qarabağ Universitetində erməniəsilli müəllimlərin çalışması məsələsi ilə bağlı verilən suala cavab verib.
AzVision.az-ın məlumatına görə, nazir bildirib ki, Azərbaycan hər zaman etnik milli dini kimliyindən asılı olmayaraq tolerant ölkədir.

Nazir hesab edir ki, Azərbaycan təhsilində eyni yanaşma olub və olacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər: Nazir   müəllim   Qarabağ  





Xəbər lenti