"Müəllimə qızıl verirlər, nazir olaraq mən valideynə necə təzyiq göstərim?"

   "Müəllimə qızıl verirlər, nazir olaraq mən valideynə necə təzyiq göstərim?"
  30 Noyabr 2023    Oxunub:703
Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə pul yığılması, müəllimlərə hədiyyələrin verilməsi hallarının hələ də qalmasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, media üçün brifinqdə nazir bütün valideynlərə təzyiq göstərə bilməyəcəyini qeyd edib:

"8 mart ərəfəsində mən valideynlərə müraciət etdim ki, müəllimə, pul, gül verməyin. Amma nə müşahidə etdik? Valideynlər gəlib hədiyyələr verdi. Bu davranış mədəniyyəti valideynlərdə hələ formalaşmayıb. Nazirlik 3 milyon insana nəzarət edə bilməz.

Müəllimə qızıl verirlər, nazir olaraq mən valideynə necə təzyiq göstərim?
Müəllimə diqqət göstərmək ayıb deyil, açıqça, gül vermək olar. Amma qızıl vermək ayıbdır. Biz bunu qınaya bilərik".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti