"Bəzi məktəblərdə şagird davranış qaydaları icra olunmur" - Nazir

   "Bəzi məktəblərdə şagird davranış qaydaları icra olunmur" -    Nazir
  30 Noyabr 2023    Oxunub:857
Bəzi məktəblərdə şagird davranış qaydaları icra olunmur. Bu zaman inzibatçılığa əl atılır. AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib. O qeyd edib ki, qaydaların tətbiqi mərhələli olacaq.
"Qaydaların olması müsbətdir, çünki istinad yeri var. Lakin bu, o zaman işləyir ki, şagird, valideyn, müəllim və direktor qaydaları anlayır və nə üçün lazım olduğunu bilir. Müəllim tərəfindən qəbul edilən məktəblərdə yaxşı nəticələr əldə olunur".

Nazir qeyd edib ki, şagird davranış qaydalarının məktəblərdə icra olunmasına yeni yaradılacaq uşaqların müdafiə darəsi və "Məktəblinin dostu" nəzarət edəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: Məktəb  





Xəbər lenti