TƏBİB qızılcadan ölən məktəbli ilə bağlı məlumat yaydı

   TƏBİB qızılcadan ölən məktəbli ilə bağlı məlumat yaydı
  30 Noyabr 2023    Oxunub:1264
TƏBİB Bakının Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbdə 200-dən çox şagirdin qızılcaya yoluxması və 4-cü sinifdə oxuyan 10 yaşlı Rinatın ölməsi ilə bağlı iddialara aydınlıq gətirib.
Bakıda qızılca epidemiyası? -200-dən çox yoluxma, şagird öldü
TƏBİB-dən AzVision.az-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub.

Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Qızılca   Məktəbli  





Xəbər lenti